{multilanguage mode="link" template="multilanguage" order="code" sort="asc" actualshow="no"}
www.IXAM.az - İÇ XƏBƏR ANALİTİK  MƏRKƏZ

1 milyona mandat, 2 milyona xaricdə mülk alan deputat Məşhur Məmmədov KİMDİR? - FOTOFAKT

1 milyona mandat, 2 milyona xaricdə mülk alan deputat Məşhur Məmmədov KİMDİR? - FOTOFAKT
ANALTİKA / MANŞET
23-02-2022, 14:53
A+
A-
Hakim Yeni Azərbaycan Partiyasının 2020-ci ilin fevralın 9-da keçirilən parlament seçkilərində 70 saylı Masallı şəhər seçki dairəsindən deputat seçilən Məmmədov Məşhur Şahbaz oğlunun bir neçə il öncə Şərqi Amerikada villa alması barədə media da məlumatlar yayıldı.
 
Həmin məlumatı araşdırmaçı jurnalist Cavanşir Həsənli öz Facebook səhifəsində də paylaşmışdı.
Masallı rayonundan olan iş adamı kimi təqdim edən iş adamı və YAP adı altında Məşhur Məmmədovun özbaşınalıqları, qanunsuzluqları haqqında kütləvi informasiya vasitələrində çox danışılıbvə yazılıb.
Son vaxtlar isə onun özündən yayılan məlumatlar hər kəsdə heyrət doğurur. M.Məmmədov ünsiyyətdə olduğu hər kəsə xüsusi maraqla danışır ki, Milli Məclisin deputatı olması üçün konkret şəxslərə bir milyon manat rüşvət vermişdir. O, hətta verdiyi rüşvətin detallarını da danışır. Bu addımının əhəmiyyətinə güvənən M.Məmmədov 70 saylı Masallı şəhər seçki dairəsindən olan digər namizədlərə öz namizədliklərini geri götürmələri üçün qətiyyətlə pullar təklif edir və verir.

Hamıya məlum olduğu kimi M.Məmmədov özünün oyunbaz əməlləri ilə Masallını talayıb Azərbaycanın pullarını Amerika Birləşmiş Ştatlarına daşıyaraq orada çoxlu villalar, restoranlar və mülklərə sahib olub.
“RealMedia.az” media üzərində apardığı araşdırmalar zamanı (Faktaz.com – red.) məlum olub ki, Məşhur Məmmədov hal hazırda Amerika Birləşmiş Ştatı (ABŞ) vətəndaşıdır. Araşdırmalarımız nəticəsində məlum olub ki, Məşhur Məmmədov ABŞ senatorlarını ələ almaq üçün onların hesablarına böyük miqdarda pullar da köçürüb. Konkret olaraq onun ABŞ senatının seçki kampaniyasına maddi dəstək verdiyi qeyd olunur.
Bildirilir ki, bir qədər də irəliyə gedən M.Məmmədov öz ambisiyalarının qurbanına çevrilərək hazırda Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə sahibkarlara yaratdığı münbit şəraitdən məharətlə sui-istifadə etməklə qazandığı pulları ölkədən kənarda yaşayan müxalif talış separatçılarını Azərbaycan dövlətçiliyinə qarşı qaldırmaq üçün finans edir. Bununla bağlı “RealMedia.az”  saytı media üzərində apardığı araşdırmaları zamanı Məşhur Məmmədov haqda bir çox  şokedici faktlar ortaya çıxıb.
Məlum olub ki, hakim partiya tərəfindən deputatlığa namizədiliyi sürülmüş Azərbaycanlı biznesmen Məşhur Məmmədov gizlin əməlləri ilə məşhurlaşıb.
Media yazır: “YAP-ın deputatlığa namizədi, “Embawood’ şirkətinin həmtəsisçisi Məşhur Məmmədov 2012-ci ildə Nyu-Yorkun senatorlarından olan David Storobinin seçki kampaniyasına maddi dəstək verib. İşadamı əyalət seçkilərinə qatılmış respublikaçı namizədin seçki fonduna 5000 dollar pul köçürüb. David Storobin 1979-cu il təvəllüdlülüdür, ixtisasca vəkildir.

Xatırladım ki, Masallıdan olan məşhur işadamı iki il əvvəl Villa Nyu-York yaxınlığında RIVERDALE 335, Lot in Fort Lee ünvanında villa alıb və bunun üçün 1 140 000.00 dollar ödəyib”.
Qeyd edək ki, Yeni Azərbaycan Pariyasının (YAP) 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərinə təqdim etdiyi namizədlər siyahısında bir çox olaylarla nəzərləri cəlb edən dairələrdən biri də 70 saylı Masallı şəhər seçki dairəsidir.
Milli Məclisin YAP-çı deputatı Nəriman Əliyevin əvəzinə sözügedən dairədən Məşhur Şahbaz oğlu Məmmədovun namizədliyini irəli sürüb.
Məşhur Məmmədov əslən Masallı rayonunun Yeddioymaq kəndindəndir və adı kimi məşhur “Embavud” şirkətinin rəhbəridir.
Şirkətin əsası 1996-cı ildə Masallıda Elşad Abbasov adlı sahibkar tərəfindən qoyulsa da, hazırda şirkətə Məşhur Məmmədov rəhbərlik edir.

Qarşı tərəfin mövqeyini dinləməyə və dərc etməyə hazırıq.скачать dle 12.1