{multilanguage mode="link" template="multilanguage" order="code" sort="asc" actualshow="no"}
www.IXAM.az - İÇ XƏBƏR ANALİTİK  MƏRKƏZ

Rusiyadan KTMT-yə təcili MÜRACİƏT: Ukraynada qələbə üçün HƏRBİ YARDIM VACİBDİR

Rusiyadan KTMT-yə təcili MÜRACİƏT: Ukraynada qələbə üçün HƏRBİ YARDIM VACİBDİR
ANALTİKA / MANŞET
28-02-2022, 14:16
A+
A-
Azərbaycanın tanınmış hərbi eksperti, M5 Müdafiə və Strategiya jurnalının regional rəhbəri Ruslan İmamquliyev Rusiya-Ukrayna savaşı ilə bağlı peşəkar təhlil verib. Təhlil 7 postulatdan ibarətdir.
7Times.az  həmin postulatları təqdim edir:
1. Rusiyanın hücum edən və Ukraynanın müdafiə olunan tərəf olduğunu və iqlim, ərazi, süni əngəllər, qüvvə nisbətini nəzərə alaraq deyilə bilər ki, əməliyyatları davam etdirə bilmək üçün Rusiyanın əlavə qoşunlar cəlb etməsinə ehtiyac var. Amma mövcud vəziyyətdə ölkə daxili etirazlar səbəbi ilə bunu etməsi mümkünsüz görünür. Hətta bu səbəblə Rusiya KTMT – yə üzv dövlətlərdən dəstək almaq istəyə bilər. Bunun üçün isə səbəblər yaratmaq təcrübələri keçmişdən bilinməkdədir.
2. Rusiyanın hücum əməliyyatlarının ilk günündə havada üstünlük qazana bilməməsi əməliyyatların gedişatını dəyişdi. Rus qoşunlarının döyüş sahəsində iri kolonlarla hərəkət etməsi daha öncədən hava üstünlüyünün onlarda olacağına kəsinliklə əmin olduqlarına hesablanması ilə bağlıdır. Amma bu faktor üzərində yalnış hesabat aparılması rus birləşmələrinin daha açılmadan məhv edilməsi ilə nəticələndi.
3. Döyüş Sahəsinin Kəşfiyyat Hazırlığında Ukraynanın NATO-dan gələn kəşfiyyat məlumatları ilə dəstəklənməsi önəmli bir üstünlükdür.
4. Rus ordusunun auftragstaktik (mission command) nəzəriyyəsi əsasında idarə olunması zəif olduğu üçün geniş cəbhədə qoşunların idarə olunması tamamən nəzarətdən çıxmış vəziyyətdədir. Rus ordusu əsasən mərkəzləşdirilmiş idarə etməyə görə yetişdirilmişdir. Ukrayna ordusu isə bu faktoru psixolojik əməliyyatlarla tənzimləməkdədir.
5. NATO – nun radio elektron mübarizədə verdiyi dəstəklə Rusiyanın qoşunları idarə etmədə rabitə vasitələrinin istifadə edilmə imkanı ciddi dərəcədə məhdudlaşdırılmışdır.
6. İnformasiya Müharibəsində üstünlük tamamən Ukraynanın lehinədir və kontrol edilir şəkildə idarə olunmaqdadır.
7. Döyüşən tərəflərdən Ukrayna Prezidentinin yaxın ətrafı və generalları ilə bərabər döyüş sahəsində olması və bunu kütləvi informasiya vasitələri ilə göstərə bilməsi psixolojik müharibədə tam üstünlükdür.скачать dle 12.1