{multilanguage mode="link" template="multilanguage" order="code" sort="asc" actualshow="no"}
www.IXAM.az - İÇ XƏBƏR ANALİTİK  MƏRKƏZ

Azərbaycanda dəhşətli yanğın: 50 nəfərlik şəxsi heyət 100-ə yaxın yanğınsöndürən cəlb olundu - TƏCİLİ

Azərbaycanda dəhşətli yanğın: 50 nəfərlik şəxsi heyət 100-ə yaxın yanğınsöndürən cəlb olundu - TƏCİLİ
BÖLGƏ / MANŞET
21-02-2022, 02:26
A+
A-
 Qax rayonunun dağ-meşə ərazisində ərazində yanğın başlayıb.

İXAM.az -ın  məlumatına görə, yanğın Qax rayonu Qum kəndi ərazisinə təqribən 3 kilometr məsafədə yerləşən İlisu Dövlət Təbiət Qoruğunun ərazisində baş verib.
Əraziyə İlisu Dövlət Təbiət Qoruğunun və Qax Meşə Mühafizəsinin əməkdaşları, Qum və Çinarlı kənd sakinləri, Qax Dövlət Yanğından Mühafizə Hissəsinin 50 nəfərlik şəxsi heyəti cəlb olunub.
Ümumilikdə 100 nəfər yanğının söndürülməsi istiqamətində işlər aparıb və yanğın 2 saatdan sonra lokallaşdırılıb.
Hazırda yanğının daha geniş ərazilərə yayılmasının qarşısının alınması istiqamətində tədbirlər görülür.
İlkin məlumatlara görə, yanğın nəticəsində qoruq ərazisində təqribən 3 hektar ərazidə quru ağaclar yanıb.

Mənbə:Oxu24.comскачать dle 12.1