{multilanguage mode="link" template="multilanguage" order="code" sort="asc" actualshow="no"}
www.IXAM.az - İÇ XƏBƏR ANALİTİK  MƏRKƏZ

Baş Prokuror Səlim Müslümovla bağlı məhkəməyə müraciət etdi - QƏRAR VERİLDİ

Baş Prokuror Səlim Müslümovla bağlı məhkəməyə müraciət etdi - QƏRAR VERİLDİ
MEDİA / MANŞET
4-03-2022, 10:27
A+
A-
Baş Prokurorluğun rəhbərliyi həbsdə olan sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə istintaqın uzadılması üçün məhkəməyə müraciət edib.
Sfera.az-ın məlumatına görə, S.Müslümov 13 aydır həbsdə saxlanılsa da, onun cinayət əməlləri ilə bağlı istintaq yekunlaşmayıb. Baş prokurorluğun rəhbərliyi Səbail Rayon Məhkəməsinə müraciət edərək istintaqın daha 5 ay uzadılmasını istəyib. Məhkəmə təqdimatı təmin edib və S.Müslümovun daha 5 ay həbsdə qalmasına qərar verilib.

Qanunvericiliyə görə istintaq 13 ay ərzində yekunlaşmasa, iş materialları çox olarsa, Baş prokuror Kamran Əliyev və ya onun birinci müavini Elçin Məmmədov istintaqın daha 6 ay uzadılması üçün təqdimat verə bilər. Daha sonra isə iş ya sübutlarla birgə məhkəməyə göndərilməli, ya da cinayət işinə xitam verilərək S.Müslümov azadlığa buraxılmalıdır.

Qeyd edək ki, Səlim Müslümov 13 aydır ki, həbsdədir. O, ötən ilin fevralın 2-də DTX tərəfindən saxlanılıb. Sabiq nazir vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və külli miqdarda rüşvət almaqda ittiham edilir.

скачать dle 12.1