{multilanguage mode="link" template="multilanguage" order="code" sort="asc" actualshow="no"}
www.IXAM.az - İÇ XƏBƏR ANALİTİK  MƏRKƏZ

Prezidentin 1 milyon manat ayırdığı film 8 ildir çəkilməyib - AÇIQLAMA

Prezidentin 1 milyon manat ayırdığı film 8 ildir çəkilməyib - AÇIQLAMA
ÖLKƏ
23-02-2021, 17:59
A+
A-
​Prezidentin 2013-cü ilin dekabrında “Dədə Qorqud” dastanları əsasında çoxseriyalı bədii televiziya filminin çəkilməsi haqqında imzalandığı sərəncam hələ də icra olunmayıb.
Yeniavaz.com xəbər verir ki, sərəncamın icrası üçün Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan ilkin olaraq Mədəniyyət və Turizm Nazirliyinə ayrılan 1,0 (bir) milyon manatın da aqibəti bəlli deyil.
Sözügedən sərəncam imzalandığı ərəfədə Azərbaycan Yazıçılar Birliyinin sədri Anar mətbuata verdiyi açıqlama zamanı “Dədə Qorqud” dastanı əsasında çoxseriyalı bədii televiziya filminin çəkilməsi haqqında təşəbbüsün ona məxsus olduğunu bildirmiş və filmin ssenarisini özünün yazacağını qeyd etmişdi.
Anar Yeniavaz.com-a verdiyi açıqlamada bir neçə il öncə ssenarini Mədəniyyət Nazirliyinə təhvil verdiyini bildirib:
“Yazıldı və Mədəniyyət Nazirliyinə təhvil verildi. Özü də təzlikcə verilməyib, təxminən 5-6 il bundan əvvəl verilib”.
Sərəncamın və icrası üçün ilkin mərhələdə ayrılan 1 milyon manatın aqibəti ilə bağlı məlumat almaq üçün Mədəniyyət Nazirliyinə müraciət etdik. Qurumun İctimaiyyətlə əlaqələr və mətbuatla iş sektorunun tələbi əsasında Nazirliyə rəsmi sorğu göndərdik.​скачать dle 12.1